"Müsavat hökumətini quracağıq!"

11-01-2017 14:47 / Bu xəbər 1402 dəfə oxundu

"Bu hökümət ölkəni indiki agır iqtisadi-siyasi böhrandan çıxarmaq gücündə deyil”.

Bunu Müsavat başqanının müavini Elman Fəttah özünün feysbuk səhifəsində yazıb. 

"Müsavat Partiyası höküməti uzun illərdir xəbərdar edirdi. Deyirdik ki, ölkəni iqtisadi baxımdan uçuruma, siyasi baxımdan beynəlxalq təcridə sürükləyirsiniz. Müsavat olaraq dəfələrlə «uyardıq» ki, təcili islahatlar aparılmalıdır. Bu yöndə təkliflərlə çıxış etdik, tələblər irəli sürdük. Ölkəni talamaqdan vaz keçin dedik. Əvvəllər bizim dediklərimiz indi acı reallıq kimi ortaya çıxıb. Ancaq hər kəsə aydındır ki, ən azı iki ciddi səbəbdən bu hökümət ölkəni indiki agır iqtisadi-siyasi böhrandan çıxarmaq gücündə deyil”, – Elman Fəttah yazıb.

"Birincisi: Nəinki əvvəlki dövrlərdəki davranışları, hətta bu gün belə aydın görünür ki, rejim islah olunmazdır.
İkincisi: Bu rejimin təfəkkürü cəmiyyətin rifahını düşünməyə yox, talançılığa söykənir. Və dəyişməzdir!” – Elman Fəttah yazıb.

"Müsavat Partiyasının ölkəni bu agır vəziyyətdən çıxarmaq üçün bütün sahələr üzrə təkmil program-konsepsiyaları hazırdır. Tək lazım olan şey bu təkmil inkişaf programlarını həyata keçirməyə əzmi yetəcək yeni höküməti – Müsavat hökгmətini qurmaqdır. Qurmalıyıq. Quracağıq!”, – Elman Fəttah vuruğulayıb.

Bastainfo.com