Müsavat Məclisinin sessiyası keçirildi

Müsavat Məclisinin sessiyası keçirildi

12-01-2019 15:25 / Bu xəbər 341 dəfə oxundu

Bu gün Müsavat Partiyası Məclisinin növbəti sessiyası keçirilib.

Nüşabə Sadıxlının sədrliyi ilə keçirilən toplantıda təşkilati məslələrə baxılıb, ölkədəki ictimai-siyasi vəziyyətlə bağlı müzakirələr aparılıb.

Yığıncaqda Bərdə, Şabran, Masallı və Nəsimi rayon təşkilatlarında keçirilən ümumi yığıncaqlar haqqında məlumat verilib, Sabit Hacıyev, Qeys Əsədov, Akif Şahbazov və Allahverdi Rəhimlinin Məclis üzvü səlahiyyətləri təsdiqlənib.

İclasda partiyanın başqanı Arif Hacılı geniş məruzə ilə çıxış edib.

O, çıxışında ötən sessiyadan sonra partiyanın gördüyü işlər, qarşıda duran vəzifələr barədə ətraflı məlumat verdi, siyasi məhbuslar məsələsinə toxunub.

Arif Hacılı hazırda nəinki ölkə gündəmini, ümumilikdə dünyanın gündəmində olan məsələdən – həbsdəki bloger Mehman Hüseynova açılan qondarma cinayət işindən danışaraq, bu məsələnin partiyanın diqqətində olduğunu bildirib.

Başqanın məruzəsi ətrafında İsa Qəmbər, Sevinc Hüseynova, Zakir İsmayıl, Valeh Hümmətoğlu, Nemət Kərimlıi, Nazim Azadoğlu, Şakir Abbasov və Cahangir Əmirxan çıxış ediblər.

Sonda Müsavat başqanı Azərbaycanda və dünyada baş verən siyasi proseslərdən və bunun ölkə siyasətinə təsirindən danışıb.

Sonda Məclis adından Mehman Hüseynov və bütün siyasi məhbuslarla bağlı bəyanatın qəbul edilməsi qərara alındı.///bastainfo.com