Müsavatçı müəllimə 25 sutka həbs verildi

Müsavatçı müəllimə 25 sutka həbs verildi

24-02-2017 13:00 / Bu xəbər 1841 dəfə oxundu

Yusif Qarayevi polisin qanuni əmrinə tabe olmamaqda ittiham edirlər

***

Müsavat Partiyasının başqan müavini İkram İsrafil yerli məhkəmənin Yusif Qarayev haqda 25 sutka həbs cəzası çıxardığını bildirib.
 
Onu polisin qanuni əmrinə tabe olmamaqda ittiham edirlər.

***

Müsavat Partiyasının Şəki  şəhər təşkilatının Nəzarət-Təftiş Komissiyasının üzvü, fizika müəllimi Yusif Qarayev fevralın 23-də sahə müvəkkilinin iştirakı ilə saxlanılıb. Yusif Qarayev saxlandığı haqda yerli təşkilat rəhbəliyinə məlumat verəndən sonra onunla telefon əlaqəsi kəsilib. 

Bu barədə Meydan TV-ni məlumatlandıran partiya başqanının müavini Elman Fəttah dünən axşamdan Yusif Qarayev barədə yerli hüquq-mühafizə orqanlarından məlumata ala bilmədiklərini deyib. 

Onun sözlərinə görə,Şəki şəhər Polis İdarəsi Yusif Qarayevin saxladıqlarını israrla təkzib edir: 

"Bir neçə saatdan sonra Yusif Qarayevin yoxa çıxması 1 sutkaya yaxınlaşacaq. Hazırda başqa qurumlardan da hər hansı məlumat əldə etmək mümkün deyil. Qohumları 102-ə məlumat versələr də, heç bir reaksiya yoxdur. Qeyri-müəyyən vəziyyət yaranıb".

E.Fəttah bildirib ki, fevralın 19-da Yusif Qarayevin mənzilində zona müşavirəsi keçiriblər: "Yerli təşkilatın qərargahı icra hakimiyyəti tərəfindən boşaldıqdan sonra tədbirimiz təxirə salınmışdı. Ona görə Yusif bəy yaşadığı Daşbulaq kəndindəki mənzilini təklif etdi. Ehtimal edirik ki, onun saxlanılması mənzilində keçirilən müşavirə ilə bağlıdır. Çünki icra hakimiyyəti partiyanın fəaliyyətini iflic etmək niyyətilə, polisin iştirakı ilə qərargahı boşaltdırıb. Görünür, Yusif bəyin öz mənzilini təklif etməsi hakimiyyəti hiddətləndirib. Amma heç bir müvafiq qurumun sorğularımıza etirafedici reaksiya verməməsi şübhələr yaradır".

DİN-in mətbuat xidməti məsələyə münasibət bildirmir.
 
Mənbə: meydan.tv