Müsavat rayonlarda müşavirələr keçirəcək

Müsavat rayonlarda müşavirələr keçirəcək

23-01-2017 22:15 / Bu xəbər 1720 dəfə oxundu

Bu gün Müsavat Partiyası Divanının növbəti iclası keçirilib.

Arqument.Az daxil olan məlumatda bildirilir ki, Divanın son iclasından sonra görülən işlər və qərarların icrası barədə Divan üzvü Razim Əmiraslanlı məlumat verib.

Partiya üzvlərinn 20 Yanvar şəhidlərinin anım münasibətilə Şəhidlər xiyabanının mütəşəkkil halda ziyarət edilməsi  təqdirəlayiq hesab edilib. İclasda Cəlilabad, Salyan, Beyləqan, Neftçala, Sumqayıt, Biləsuvar, Şirvan, İmşli və digər rayon mərkəzlərində Şəhidlər xiyabanlarının  ziyarət edilməsi barədə məlumat verilib.

Divan üzvü Alya Yaqublu Avropa Qadınlar Akademiyası (EWA) beynəlxalq qeyri-hökumət təşkilatının Tiflisdə "Siyasi liderlik və seçki”  mövzusunda  təşkil etdiyi beynəlxalq konfransda iştirakı barədə məlumat verib, Gürcüstanda gedən siyasi proseslərlə bağlı fikir mübadiləsi aparılıb.

Müsavat Partiyasının Novxanı kəndində M.Ə.Rəsulzadənin doğum günü münasibətilə 31 yanvar tarixdə saat 12:00-da keçirəcəyi tədbirə hazırlıq işləri müzakirə edilib.

İclasda Müsavat Partiyasının fevral ayında keçirəcəyi zona müşavirəsinin planları müzakirə olunub və müvafiq tapşırıqlar verilib.

Arqument.Az