Natiq Ədilov: "Murad Ədilov "karsa" salınıb"

Natiq Ədilov:

11-09-2018 00:51 / Bu xəbər 2022 dəfə oxundu

AXCP üzvünün 3 gündür aclıq aksiyası keçirdiyi bildirilir

3 gündür aclıq aksiyası keçirən AXCP üzvü Murad Ədilovu "kars”a salıblar.

Bu barədə Murad Ədilovun qardaşı Natiq Ədilov "Facebook” səhifəsində məlumat yayıb.

10 saylı cəzaçəkmə müəssisəsində saxlanılan AXCP üzvü Murad Ədilov sentyabrın 7-dən aclıq aksiyasına başlayıb.

Murad Ədilov haqqında çıxarılan ədalətsiz hökm və qərarlara etiraz olaraq aclıq edir.

4 ildir həbsdə olan Murad Ədilov haqqında sonuncu məhkəmə qərarı sentyabrın 5-də çıxarılıb. Saxlandığı cəzaçəkmə müəssisəsində onun vaxtından əvvəl azadlığa buraxılma ilə bağlı müraciətinə baxılıb və təmin olunmayıb.

M.Adilov 2014-cü il avqustun həbs olunub. Onun üzərindən narkotik tapıldığı iddia edilir. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 6 il azadlıqdan məhrum edilən M. Ədilov narkotik ittihamını rədd edir və qardaşı N. Ədilovun fəaliyyətinə - hökuməti tənqid edən yazı və çıxışlarına görə cəzalandırıldığını bildirir.

N. Ədilov AXCP mətbuat xidmətinin rəhbəri, "Azadlıq" qəzetinin və "Azərbaycan saatı" televiziya proqramının əməkdaşıdır.

Yerli və beynəlxalq insan haqları müdafiəçiləri də M. Ədilovun həbsini siyasi motivli sayır.

"Amnesty İnternational" M. Ədilovu "vicdan məhbusu" elan edib.