NATO gəmiləri Odessada

NATO gəmiləri Odessada

17-03-2017 16:26 / Bu xəbər 2086 dəfə oxundu

Fransanın "La Fayette” hərbi gəmisi Qara dənizin qərbinə doğru irəliləyir.

Bu barədə martın 17-də RİA Novosti məlumat yayıb.

Mənbənin hərbi-diplomatik mənbə istinadla verdiyi məlumatına görə Rusiya Qara Dəniz Donanmasının hərbi qüvvələri və aşkarlama vasitələri "La Fayette” gəmisinin hərəkətini müşahidə edirlər.

NATO-nun baş katibi Jens Stoltenberq bundan əvvəl bildirmişdi ki, alyansın Qara dənizdə iştirakını genişləndirəcəyini ,hərbi təlimləri intensivləşdirəcəyini demişdi.

Stoltenbergin sözlərinə görə, alyansın hərbi gəmiləri regionda keçirilən təlimlər zamanı mövcud vəziyyət barədə informasiya toplayacaq, həmçinin regiondakı müttəfiqlərin hərbi-dəniz qüvvələri ilə qarşılıqlı hərəkət vaxtı koordinasiyanı öz üzərinə götürəcək.

Hərbi-diplomatik mənbənin RİA Novosti-yə verdiyi məlumata görə, həmçinin Odessaya Türkiyə və Rumınyadan 2 gəmidən ibarət minatutan qrup, habelə Polşa, İspaniya, Almaniya və Yunanıstandan minatutan gəmilər gəlib.

Yaxın vaxtlarda gəmi komandirlərinin toplantısı gözlənilir.

Toplantıda, minalardan müdafiə təlimində qarşıya qoyulacaq tapşırıq müəyyənləşdirilməlidir.