Nazirlik: "İyul və avqustda anomal istilər olacaq”

Nazirlik:

01-06-2018 14:17 / Bu xəbər 2010 dəfə oxundu

"Bu il iyul və avqust aylarında anomal istilər müşahidə olunacaq”.

Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin İctimai təşkilatlarla iş, ekoloji maarifləndirmə və elm sektorunun müdiri Umayra Tağıyeva APA-ya deyib. 

O bildirib ki, həmin aylarda havanın temperaturu normadan xeyli fərqlənəcək: "Yay aylarında anomal istilər insanların səhhətinə ciddi mənfi təsir göstərir. 2006-cı ildə anomal istilərə görə ,çağırışların sayı 24 faiz artmışdı. Bu da onu göstərir ki, anomal istilər təhlükəlidir. Əhaliyə müraciət etmək istəyirik ki, anomal istilərdə günəş şüaları altında qalmaq olmaz. Anomal isti yay aylarında günorta saatlarında 11-dən 5-dək günəş şüaları altında qalmaq risklidir”.