"Nikoil Bank"ın axtarışda olan sabiq sədri Moskvada saxlanılıb
18-09-2018 15:18 / Bu xəbər 1786 dəfə oxundu
"Nikoil Bank"ın İdarə Heyətinin keçmiş sədri Vasili Xamaza Moskvada saxlanılıb.
"Report"un verdiyi məlumata görə bu barədə "Moskva" Şəhər Xəbərləri Agentliyinə hüquq-mühafizə orqanlarındakı mənbə məlumat verib.
V.Xamaza Azərbaycanda maliyyə vəsaitlərinin mənimsənilməsində və vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə ittiham olunur.
Xamaza Azərbaycan tərəfindən beynəlxalq axtarışa verilmişdi.
2017-ci ilin payızında Azərbaycan mətbuatında V.Xamazanın 2005-ci ildən 2017-ci ilin iyuluna qədər olan müddətdə rəhbərlik etdiyi "Nikoil Bank"dan 20 milyon manatdan çox vəsaiti mənimsədiyi barədə mılumatlar dərc olunub.