Oqtay Əsədov: Zahid Oruc, camaata dərs keçmə

Oqtay Əsədov: Zahid Oruc, camaata dərs keçmə

02-11-2018 16:12 / Bu xəbər 1793 dəfə oxundu

Yeni hakimlərin təyinatı ilə bağlı layihənin müzakirəsi zamanı parlamentdə mübahisə düşdü

"Öz aranızda daim hakim ədalətsizliyinizdən danışırsınız. Elə buradan çıxanda da hansısa məsələ ilə bağlı hansısa hakimə zəng edəcəksiniz”.

Bunu deputat Zahid Oruc Milli Məclisin iclasında məhkəmələrə hakim təyinatı layihəsinin müzakirəsi zamanı həmkarı Yevda Abramovun onun çox danışmasına irad bildirməsinə cavab olaraq deyib:

"Yevda müəllim, sizə böyük hörmətim var, amma bu fikirləri deməyə hüququm da var. Bu gün gündəlikdə çox az məsələ durur. Saat 1-də iclası qurtacağıq. Guya çıxıb hara gedəcəksiniz ki?! İmkan verin, sözümüzü deyək. İclasa gəlmək istəmirsinizsə, gəlməyin”.

Spiker Oqtay Əsədov isə Zahid Oruca irad bildirərək, çıxışını davam etdirməsini istəyib: "Camaata dərs keçmə. Sözü bir kəlmə dedin, uzatmaq lazım deyil, çıxışına davam et!”

Zahid Oruc çıxışında bildirib ki, qanunvericilikdə "həbs-qətimkan” tədbirinə alternativ digər 10 qətimkan tədbiri olsa da, "girov”, "zaminlik” kimi tədbirlərə təcrübədə az rast gəlinir. O, həmçinin vurğulayıb ki, məhkəmə hökmlərndə cəza növü olaraq daha çox azadlıqdan məhrumetmə cəzasına üstünlük verilir, halbuki, yeni qanunvericiliyə azadlığın məhdudlaşdırılması cəzası daxil edilib.

Azərbaycan Ali Məhkəməsinə, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə, Bakı, Gəncə, Sumqayıt, Şirvan və Şəki apelyasiya məhkəmələrinə yeni hakimlərin təyin edilməsi ilə bağlı layihəni parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli təqdim edib. O bildirib ki, 2007-ci ildən bu yana ölkədə hakimlərin sayı iki dəfə artıb: "Ötən illərdə fəaliyyəti dövründə neqativ hərəkətlərə yol vermiş 230 hakim barədə inzibati icraat işinə başlanılıb, 100-dən çox hakim isə məhkəmə sistemindən uzaqlaşdırılıb”. Deputat vakant yerlərə yeni hakimlərin namizdəliklərinin irəli sürüldüyünü bildirib və qeyd edib ki, onların namizədlikləri təsdiqlənərsə, bu, ölkədə hakimlərin yükünün azalmasına da səbəb olacaq.
Deputatların səsverməsi ilə aşağıdakı hakimlər yeni vəzifələrə əyin ediliblər:

Azərbaycan Respublikası Ali Məhkəməsinə:

– Sənan Firudin oğlu Hacıyev

Naxçıvan MR Ali Məhkəməsinə:

Novruzov Əsgər Novruz oğlu
Allahverdiyev Mehman Dünyamalı oğlu
Xıdırov Əhliman Mehman oğlu.

Bakı Apellyasiya Məhkəməsinə:

Sadıqov Vahid Nəriman oğlu (Qəbələ rayon məhkəməsinin sədri vəzifəsindən azad ediləcək)
Əhmədov İlham Bayram oğlu
Məmmədova Şərafət Asif qızı
Məhərrəmova Şeyda Ədalət qızı
Məmmədov Habil Çingiz oğlu
Rəhimov Elmar Eldar oğlu
Kərimli İlham Əziz oğlu
Abdulov Rəşad Məhərrəm oğlu
Babayev Fuad Fikrət oğlu
Əliyev Zaur Əli oğlu
Hüseyn Aida Əli qızı

Gəncə Apelyasiya Məhkəməsinə:

Hüseynzadə Afiq Hüseyn oğlu
Məmmədov Rəşad Ziyəddin oğlu
Sumqayıt Apelyasiya Məhkəməsinə:
Babayeva Hökumə Çingiz qızı
Əsgərova Ruhiyyə Orucəli qızı
Məmmədov Fuad Əli oğlu
Rzayev Məhəmmədəli Əsəd oğlu
Şirvan Apelyasiya Məhkəməsinə:
Əliyev Elşad İbiş oğlu
Soltanov Fuad Kamil oğlu

Şəki Apelyasiya Məhkəməsinə:

Hüseynov Mübariz Rahil oğlu
Məlikov Vəzirxan İsgəndər oğlu
Eyvazov Akif Məhərrəm oğlu
Mahmudov Ayaz Akif oğlu.

Layihə səsə qoyularaq təsdiq edilib.