Oqtay Şirəliyev vəzifədən çıxarılır?

Oqtay Şirəliyev vəzifədən çıxarılır?

14-01-2019 02:34 / Bu xəbər 2460 dəfə oxundu

Səhiyyə naziri Oqtay Şirəliyevin vəzifədən azad ediləcəyi gözlənilir. 
 
Bu barədə qlobal.az nazirlikdəki mənbəyə istinadən məlumat yayıb. 
 
Onun yerinə hazırda Səhiyyə nazirinin müavini vəzifəsində çalışan Nigar Əliyevanın nazir təyin ediləcəyi iddia edilir.
 
Məlumata görə, O.Şirəliyevin vəzifədən getməsinin əsas səbəbi onun öz istəyi ilə bağlıdır. 

2005-ci ildən ölkə səhiyyəsinə rəhbərlik edən nazirin fiziki yorğunluğunun olduğu deyilir. 
 
Saytın yaydığı məlumata görə, Səhiyyə nazirliyində baş verəcək rəhbər dəyişikliyi zamanı hazırkı müavinlər vəzifələrində qalacaq. 

Səhiyyə naziri təyin ediləcək Nigar Əliyevanın yerinə isə Asiman Həsənovun gətiriləcəyi bildirilir. 
 
Asiman Həsənov uzun müddət Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının Baş həkimi vəzifəsində çalışıb. 

Məlumata adıçəkilən şəxslərdən münasibət öyrənmək mümkün olmayıb. Səhiyyə Nazirliyi isə sorğunu cavablandırmayıb.