Prezident 2017-ci ilin büdcəsini təsdiqlədi

Prezident 2017-ci ilin büdcəsini təsdiqlədi

27-12-2016 23:37 / Bu xəbər 677 dəfə oxundu

"Büdcə 63 faiz kiçilib"

İlham Əliyev 2017-ci il dövlət büdcəsi haqqında qanunu təsdiqləyib.

Prezidentin rəsmi saytı yazır ki, artıq bununla bağlı fərman imzalanıb.

Sənədə əsasən, 2017-ci il dövlət büdcəsinin gəlirləri 16 mlrd. 255 mln. manat, xərcləri 16 mlrd. 900 mln. manat olacaq.

Büdcənin gəlirləri mədaxil mənbələri üzrə bu cür nəzərdə tutulub:

 

 

 

Qadir İbrahimli foto Meydan TV
Qadir İbrahimli foto Meydan TV.

 

İqtisadçı Qadir İbrahimli deyir ki, iki il öncə bu göstəricilər 25 və 26 milyard dollar idi. Yəni, büdcə 63 faiz kiçilib:

"Bu, analoqu olmayan inkişaf nağıllarının rəsmi sonudur. Nağıllar bitsə də, göydən 3 alma düşməyib...".