Prezident İsrailin müdafiə nazirini qəbul edib

Prezident İsrailin müdafiə nazirini qəbul edib

13-09-2018 17:34 / Bu xəbər 831 dəfə oxundu

Azərbaycan prezidenti İlham Əliyev sentyabrın 13-də İsrailin müdafiə naziri Aviqdor Libermanın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

AZƏRTAC-ın xəbərinə görə, görüşdə Azərbaycan ilə İsrail arasında iqtisadi, hərbi, mədəniyyət, turizm sahələrində əlaqələrin inkişafından məmnunluq ifadə edilib.

Söhbət zamanı Azərbaycanda digər icmalarla yanaşı, yəhudi icmasının nümayəndələrinin də dinclik və əmin-amanlıq şəraitində yaşadıqları qeyd olunub. Vurğulanıb ki, onlar ölkənin ictimai həyatında fəal rol oynayırlar.

A.Libermanın rəhbərlik etdiyi nümayəndə heyəti elə bu gün, sentyabrın 13-də Azərbaycana gəlib. Onların Azərbaycan Müdafiə Nazirliyində də görüş keçirəcəkləri gözlənir. Həmin görüşdə hərbi və hərbi-texniki sahələrdə əməkdaşlıq məsələlərinin nəzərdən keçiriləcəyi bildirilir.