Prezident Naxçıvana gedib
16-05-2018 14:08 / Bu xəbər 2150 dəfə oxundu
Azərbaycan prezidenti İlham Əliyev mayın 16-da Naxçıvan Muxtar Respublikasına səfər edib.
AZƏRTAC-ın xəbərinə görə, Naxçıvan Beynəlxalq Hava Limanında dövlət başçısını muxtar respublika Ali Məclisinin sədri Vasif Talıbov qarşılayıb.
Prezident İ.Əliyevin Naxçıvan Muxtar Respublikasında bir sıra obyektlərin açılışında iştirak edəcəyi gözlənir.