Prokuror Şahin Sultanova 13 il cəza istədi

Prokuror Şahin Sultanova 13 il cəza istədi

12-01-2017 14:53 / Bu xəbər 583 dəfə oxundu

Yanvarın 12-də Nəsimi rayon Məhkəməsində Müdafiə Nazirliyi Hərbi Dəniz Qüvvələrinin (HDQ) sabiq komandanı, vitse-admiral Şahin Sultanovun növbəti məhkəmə iclası keçirilib.

Meydan TV-nin məlumatına görə, iclasda çıxış edən prokuror Şahin Sultanovun məhkəmə zalından həbs edilərək, 13 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Növbəti məhkəmə iclası yanvarın 13-də keçiriləcək. Həmin gün vitse-admiral son söz deyəcək.

HDQ-də aparılan yoxlamalar zamanı qanun pozuntuları aşkar edilib. Aşkarlanmış qanun pozuntuları ilə bağlı Respublika Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb. Qanunazidd əməlləri törətməkdə təqsirli bilinən bir neçə nəfər, eləcə də HDQ-nin sabiq komandanı, vitse-admiral Şahin Sultanov həbs edilib. Lakin sonradan onun barəsində olan həbs-qətimkan tədbiri ev dustaqlığı ilə əvəz edilib.

Bakı Hərbi Məhkəməsində böyük iclas zalı olmadığından işə Nəsimi Rayon Məhkəməsinin inzibati binasında baxılır.

Arqument.Az