"Qarabağ" Çempionlar Liqasında qələbə qazandı (VİDEO)

16-08-2017 02:40 / Bu xəbər 7110 dəfə oxundu

Bu gün Çempionlar Liqasında pley-off mərhələsinə start verilib. Fanat.Az xəbər verir ki, bu mərhələyə vəsiqə qazanmış ilk Azərbaycan klubu olan "Qarabağ" mübarizəyə evdə başlayıb.

Təmsilçimizin rəqibi Danimarkanın adlı-sanlı "Kopenhagen" klubu olub. Daha bir tarix yazıb Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanan ilk Azərbaycan klubu olmaq istəyən "Qarabağ" doğma meydanda azarkeşləri sevindirib - 1:0. Matçın yeganə qoluna 26-cı dəqiqədə Mahir Mədətov imza atıb.

Qeyd edək ki, komandalar arasında cavab matçı avqustun 23-də Kopenhagendə keçiriləcək.

Çempionlar Liqası

"Play-off" mərhələsi

İlk oyun

15 avqust

Qarabağ (Azərbaycan) - Kopenhagen (Danimarka) 1:0

Qol: Mahir Mədətov, 26.

Qarabağ: 13. İbrahim Şehiç, 5. Maksim Medvedev, 25. Ansi Aqolli, 52. Yakub Jezniçak, 55. Bədavi Hüseynov, 2. Qara Qarayev, 8. Miçel, 20. Riçard Almeyda, 11. Mahir Mədətov, 17. Donald Gerrye, 9. Dino Ndlovu.

Ehtiyat oyunçular: 1. Anton Kanibolotski, 7. Rahid Əmirquliyev,  14 Rəşad Sadıqov, 22. Əfran İsmayılov, 30. Abbas Hüseynov, 32. Elvin Yunuszadə, 91. Coşqun Diniyev.

Baş məşqçi: Qurban Qurbanov.

Kopenhagen: 25. Robin Olsen  3. Pyer Benqtsson, 20. Nikolay Boylesen, 22. Peter Ankersen, 27. Mixael Lüftner - 6. Uilyam Kvist, 7. Benjamin Verbiç, 8. Uroş Matiç, 24. Yussef Tutu - 9. Federiko Santander, 11. Andriya Pavloviç.

Ehtiyat oyunçular: 1. Stefan Andersen, 14. Nikolay Tomsen, 15. Mikael Antonsson, 17. Kasper Kusk, 18. Mads Roerslev, 28. Pieros Sotiriou, 32. Danni Amankva.

Baş məşqçi: Stale Solbakken.

Hakimlər: Paolo Taqliavento, Alessandro Qiallatini, Alessandro Kostanza, Filippo Meli (İtaliya).

Əlavə hakim köməkçiləri: Massimiliano İrrati, Antonio Damato (İtaliya).

Hakim-inspektor: Frits Stuçlik (Avstriya).

UEFA nümayəndəsi: Andrey Medintsev (Bolqarıstan).

Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.