Qazaxıstan Prezidenti Nazarbayev istefa verib

Qazaxıstan Prezidenti Nazarbayev istefa verib

19-03-2019 18:26 / Bu xəbər 1421 dəfə oxundu

Qazaxıstanın 29 illik prezidenti Nursultan Nazarbayev istefa verib.

Qazaxıstan prezidenti Nursultan Nazarbayev dövlət başçısı vəzifəsi səlahiyyətlərindən istefa edib, - "Meduza” xəbər verir.

Bu haqda o, martın 19-da qazax xalqına xüsusi televiziya müraciətində bildirib.

"Mən səlahiyyətlərimi prezident olaraq dayandırmaq qərarına gəldim. Bu il ən yüksək vəzifə tutmağımın 30 ili tamam olacaq. Xalq mənə müstəqil Qazaxıstanın ilk prezidenti olmaq imkanını verdi,"- "İnterfaks” Nazarbayevdən sitat gətirib.

Nazarbayevin səlahiyyətlərini müvəqqəti olaraq senatın spikeri Qasım Jomart Tokayev icra edəcək.
 
Məlumatlara görə, o, hökuməti bacısı oğlu Səməd Abişə həvalə edəcək.

Nazarbayev özü istefadan sonra Qazaxıstanın Təhlükəsizlik Şurasına başçılıq edəcək.

79 yaşlı Nazarbayev 1990-cı ilin aprel ayından etibarən Qazaxıstana fasiləsiz olaraq rəhbərlik edib. 2015-ci ilin aprel ayında, o, erkən seçkilərdə 97,75 səs çoxluğuyla beşinci dəfə prezident seçilib.///meydan.tv