Qəzzada ölənlərin sayı 59 nəfərə çatıb

Qəzzada ölənlərin sayı 59 nəfərə çatıb

15-05-2018 11:34 / Bu xəbər 2263 dəfə oxundu

Qəzza bölgəsində fələstinli etirazçılarla İsrail hərbçiləri arasında toqquşmada ölənlərin sayı 59 nəfərə çatıb.

Fələstinlilər Qüdsdə ABŞ səfirliyinin açılışına etiraz edirlər. 

Məlumatı Fələstinin Səhiyyə Nazirliyi yayıb.

Nazirlik bildirir ki, toqquşmalar nəticəsində 8 aylıq Leyla Ənvər Qəndur bölgənin şərq hissəsində gözyaşardıcı qazdan zəhərləndikdən sonra ölüb. 

Fələstin lideri Mahmud Abbas matəm elan edib. 

O, ABŞ-ın vasitəçiliyi ilə İsraillə heç bir danışığa getməyəcəyini deyib.

Mayın 14-də Qüdsə Amerika səfirliyinin açılışı olub. 

Elə dünən Türkiyə İsrail və ABŞ-dakı səfirlərini geri çağırıb, ölkədə 3 günlük matəm elan edilib. 

Rusiya və Avropa ölkələri hadisələr barədə açıqlama yaymayıblar. 

Beynəlxalq Amnistiya Təşkilatı baş verənlərlə bağlı etiraz bəyanatı yayıb. 

Təşkilatın Yaxın Şərq və Şimali Afrika üzrə araşdırmaçısı Filip Lüter baş verənləri beynəlxalq normaların pozulması və hərbi cinayət adlandırıb.