Rusiyada "Google" istifadəsi dayandırıla bilər

Rusiyada

13-12-2018 14:16 / Bu xəbər 1382 dəfə oxundu

Rusiya müəyyən saytlara çıxışı bloklanmasa, "Google"un Rusiyada istifadəsini dayandıracağı ilə hədələyib.

Rusiya rəsmiləri bu internet şirkətinə təzyiq göstərərək, zərərli mahiyyət daşıdıqları deyilən bəzi kontentlərin bağlanmasını tələb edir.

Sentyabr ayında Rusiyada qəbul edilən qanuna görə, axtarış edənlər federal hökumətin informasiya sisteminə qoşulmalıdır. Bu yolla qadağan edilmiş saytlardan məlumat əldə edilməsinin qarşısı alınır.

Nifrət ritorikaları, xəsarət verilməsi, habelə Ukraynanın xəbər saytları kimi siyasi səbəblərlə qadağan edilən saytlar reyesterlərdə saxlanılır.

Rusiyanın informasiya agentliklərinin Roskomnadzorun rəhbər müavini Vadim Subbotinə istinadən bildirdiyinə görə, hökumət "Google" kimi axtarış sisteminin bloklanması da daxil edilməklə, sistemə dəyişiklilər əlavə edə bilər.

Bu həftəinin əvvəlində Roskomnadzorun "Google"u 500 min rubl cərimə etdiyi bildirilmişdi.

İdarə rəhbəri Aleksand Jarov deyib ki, axtarış portal reyesterdəki saytlardan qadağan olunmuş məlumatları göstərəcək.

"Daha sonra biz "Google"un şirkətimizlə bağlılığını yoxlayacaq və buna uyğun olaraq "Google"a qarşı daha yüksək cərimə irəli sürəcəyik” , Subbotin bildirib.

Onun sözlərinə görə, təkrar yoxlanış dekabrın sonunadək davam edə bilər.

Amerikanın Səsi