Rusiyada Telegram bloklana bilər

Rusiyada Telegram bloklana bilər

20-03-2018 18:10 / Bu xəbər 2512 dəfə oxundu

Telegram mobil əlavəsi Rusiyada bloklana bilər. 

Ali Məhkəmə qərar çıxarıb ki, Telegram Federal Təhlükəsizlik Xidmətinə (FSB) istifadəçilərin mesajlaşma datasını oxumağa imkan verəcək şifrə açarlarını versin.

Ali Məhkəmə Telegram-ın daha öncəki məhkəmə qərarından verdiyi apelyasiya şikayətini təmin etməyib.

Ölkənin media tənzimləyicisi olan Roskomnadzor bildirib ki, qərara 15 gün ərzində əməl olunmalıdır.

TASS dövlət xəbər agentliyi Roskomnadzor rəsmilərinə istinadla bildirib ki, Telegram qərara əməl etməsə, ona çıxışın məhdudlaşdırılmasından ötrü məhkəməyə müraciət edəcək.

Telegram-ın vəkili isə şirkətin qərara əməl etməyəciyini bildirib.

"Şirkət istifadəçilərin yazışmalarının məxfiliyinin qorunmasını öz vəzifəsi hesab edir”, – vəkil Ramil Akhmetgaliyev deyib.