Rusiyalı bloger Bakıya buraxılmadığını yazıb

Rusiyalı bloger Bakıya buraxılmadığını yazıb

03-11-2018 15:38 / Bu xəbər 165 dəfə oxundu

"Bu gün səhərdən təsəvvürümdə canlandırıdım ki, gözəl Bakı restoranının birində necə kabab yeyəcək, dəniz sahilində gəzəcək, qədim şəhərin mağazalaında olacaq və öz dostlarımı görəcəyəm...”

Bunu Rusiyadan olan bloger İlya Varlamov noyabrın 2-də yazıb.

Bakıya Moskvadan gəldiyini deyən bloger bildirir ki, pasport nəzarəti bölməsində olan xanım onun sənədini bir kənara qoyaraq, kimlərəsə zəng edib və gələnlər onu gözləmə guşəsinə göndərdilər.

Blogerin bildirməsinə görə, iki saatdan sonra sərhədçilərin rəisi gələrək deyib ki, suallar yaranıb, gözləmək lazımdır:

"Sərhəd xidməti bununla bağlı heç nə bilmir. Deyirlər ki, mənim barəmdə rəhbərliyə məruzə edilib və cavab gözləyirlər.Cavab nə zaman olacaq bu məlum deiyl. "Bəs məsələ nədir?” sualına isə "Siz daha yaxşı bilərsiniz ki, hansı problemləriniz var” cavabı verirlər”,İ. Varlamov bildirir.

Blogerin qeyd etməsinə görə, bir qədər də keçəndən sonra ona səbəbini iazh etmədən bildiriblər ki "Azərbaycanda olması arzuedilən deyil” 
İ Varlamovun vurğulamasına görə, rəhbərlik onun Azərbaycana buraxlmaması göstərişini verib.

"Heç zaman Dağlıq Qarabağda səfərdə olmamışam, Azərbaycan qanunvericiliyin pozmamışam. Ola bilər ki, səbəb mənim Bakı barədəki keçmiş yazlarımla bağlıdır. Burada isə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) bilir ki nədən inciyib”, deyə İ.Varlamov qeyd edib.

Daha sonra da bloqqer "İstanbula uçdum” sözlərini yazıb.

Hələlik, İlya Varlamovun yazdıqlarına Azərbaycan rəsmi qurumlarından münasibət almaq mümkün olmayıb.
Azərbaycan Xarici İşlər Nazirliyi onunla razılaşmadan Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə səfərlər edən bir sıra şəxslərin, o cümlədən bloqqerlərin adlarını " arzu edilməz şəxsləri”in siyahsına salıb. Ancaq İ. Varlamov heç zaman Dağlıq Qarabağa səfər etmədiyini bildirir.

İ.Varlamovun müxtəlif vaxtlarda Bakı ilə bağlı düşüncələri var.

Onun 2016-cı ilin avqustuna təsadüf edən düşüncələri "Pis Bakı” adlanır.

Azadlıq Radiosu