Rusiyaya qarşı iqtisadi sanksiyaların müddətini uzadılıb

Rusiyaya qarşı iqtisadi sanksiyaların müddətini uzadılıb

14-12-2018 01:28 / Bu xəbər 1276 dəfə oxundu

Avropa İttifaqı Rusiyaya qarşı iqtisadi sanksiyaların müddətini yarım illiyinə uzadıb.

"Report”-un xəbərinə görə, bunu Avropa İttifaqı Şurasının rəhbəri Donald Tusk "Twitter" hesabında yazıb.

"Qərar: Aİ Minsk razılaşmalarının həyata keçirilməsində heç bir irəliləyiş olmadığını nəzərə alaraq, Rusiyaya qarşı iqtisadi sanksiyaları yekdilliklə uzadır", - deyə Tusk bildirib.

Bundan əvvəl isə Rusiyaya qarşı yeni sanksiyaların tətbiq edilməyəcəyi bildirilmişdi.