Saakaşvili: "Ukraynaya qayıdacağam"

Saakaşvili:

13-02-2018 19:18 / Bu xəbər 172 dəfə oxundu

Mixail Saakaşvili Ukrayna ərazisinə qanuni yolla qayıtmaq planlarını açıqlayıb. 

Odessa vilayətinin keçmiş qubernatoru və Gürcüstanın keçmiş prezidenti Saakashvili deyib ki, Polşadan siyasi sığınacaq almaq fikrində deyil. 

O, keçirdiyi mətbuat konfransında onu da bildirib ki, Ukraynadan başqa vətəndaşlığı yoxdur.

Saakashvili bir gün öncə Ukraynaya deportasiya olunub.

Saakaşvili  Avropa Birliyindən (AB) və Almaniya kansleri Angela Merkel-dən kömək istəyib. 

Onun sözlərinə görə, AB, özəlliklə də Merkel heç bir tədbir görməsə, Ukrayna iflas edər.

Ukraynanın "Yeni qüvvələr hərəkatı”nın rəhbəri olan Saakashvili əminliklə deyir ki, onun Ukraynadan deportasiyasının arxasında ölkə prezidenti Petro Poroshenko dayanır. 

Onun fikrincə, Poroshenko Ukraynanı dağıdır və ondan da korrupsiyayla mübarizə aparan şəxs kimi qurtulmaq istəyir.

Saakaşvili bir gün öncə Kiyevdə bir restoranda maskalı şəxslər tərəfindən saxlanıb. Daha sonra Ukraynanın sərhəd xidməti həmin şəxslərin onun əməkdaşları olduğunu bildirib. 

Müxalifətçi ötən il Polşadan Ukraynaya keçib və dünən – fevralın 12-də həmin ölkəyə deportasiya olunub. Hakimiyyət onun sərhədi qanunsuz keçdiyini bildirir.

Saakashvili 2004-2013-cü illərdə Gürcüstanın prezidenti olub.

O, 2015-ci ildə Ukrayna vətəndaşlığını qəbul edib və Ukrayna prezidenti Petro Poroshenko-nun xahişiylə Odessanın qubernatoru olub.

2016-cı ilin noyabrında hakimiyyəti korrupsiyada günahlandıraraq bu vəzifədən istefa verib. O vaxtdan Poroshenko-nun rəqibinə çevrilib.

50 yaşlı siyasətçiyə Gürcüstanda da cinayət işləri açılıb. Yanvarın 5-də Tbilisi məhkəməsi onu hakimiyyətdən sui-istifadədə təqsirli bilərək 3 illik həbsə məhkum edib.

Saakashvili ittihamları rədd edir, onları siyasi motivli sayır.///azadliq.org