Saday Şəkərli azadlığa çıxdı

Saday Şəkərli azadlığa çıxdı

25-05-2018 11:49 / Bu xəbər 2454 dəfə oxundu

Prezident İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə mayın 24-də imzaladığı əfv sərəncamının icrası davam edir.

 Bu barədə APA məlumat yayıb.

Məlumatına görə, sərəncam 6 saylı Cəzaçəkmə Müəssisəsində icra olunub. Burada cəza çəkən 62 nəfər azadlığa buraxılıb. 

Onların arasında şair Saday Şəkərli və xarici vətəndaşlar da var.

Sərəncam ümumilikdə 634 nəfərə şamil olunub.