Salam Sarvanın yeni kitabı çap olundu: "Heykəl tənhalığı"

Salam Sarvanın yeni kitabı çap olundu:

03-12-2017 00:42 / Bu xəbər 3017 dəfə oxundu

Tanınmış şair Salam Sarvanın yeni kıtabı çapdan çıxıb.

Bu barədə şair öz feysbuk səhifəsində məlumat verib.

Şair kitabın ərsəyə gəlməsi ilə bağlı bunları bildirib:

"Heykəl tənhalığı" şeirlər kitabı "Qanun" nəşriyyatının təşəbbüsüylə (Şahbaz bəyə təşəkkür) çapdan çıxdı. 

İndi satışdadır, ürəyi istəyənlər şəhərin bütün kitab dükanlarından ala bilərlər. 

"Fəvvarələr bağı"ndakı yarmarkada da var. 

Xüsusi təqdimat mərasimi keçirməyə ehtiyac görmədik. Sizlərə can sağlığı, könül xoşluğu arzulayıram".
 
Kitabı şəhərin kitab dükanlarından və "Fəvvarələr bağı"ndakı yarmarkadan almaq olar.