Samuxda elektrik yarımstansiyasında partlayış olub

Samuxda elektrik yarımstansiyasında partlayış olub

14-11-2018 16:59 / Bu xəbər 1648 dəfə oxundu

Hadisə nəticəsində xəsarət alanlar var

Samux rayonunda elektrik yarımstansiyasında partlayış olub.

"Report”un verdiyi xəbərə görə, partlayış zamanı xəsarət alanlar var. 

Yaralılar Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb.

Hələlik yaralılardan birinin adı məlum olub. Bu, rayon sakini, 1978-ci il təvəllüdlü Elnur Natiq oğlu Həsənovdur. E.Həsənov müxtəlif dərəcəli yanıq xəsarətləri alıb, Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.

Noyabrın 13-də Bakının Xəzər rayonu ərazisi, Şüvəlan qəsəbəsində yerləşən Elektrik Stansiyasında yanğın olub. 

Məlumata görə, yanğın test zamanı baş verib.

Bu il, iyulun 2-si və 3-də Mingəçevirdə yerləşən "Azərbaycan İES”də baş verən yanğın ölkə ərazisinin əksər hissəsini elektrik enerjisiz qoydu.

Hadisənin araşdırılması nəticəsində prezident İlham Əliyevin sərəncamı ilə "Azərenerji” ASC-nin rəhbəri Etibar Pirverdiyev vəzifəsindən azad olunaraq, yerinə Baba Rzayev təyin edildi.