Şəkidə Müsavatla hakimiyyət arasında "Axundov qalmaqalı" - Partiya məhkəməyə müraciət edir

Şəkidə Müsavatla hakimiyyət arasında

24-01-2017 00:01 / Bu xəbər 1849 dəfə oxundu

Müsavat Partiyası Şəki şəhər İcra Hakimiyyətini məhkəməyə verir. 

Bu barədə başqan müavini Elman Fəttah "Bastainfo"ya məlumat verib. 

Onun sözlərinə görə, Partiyanın Şəki şəhər təşkilatının Mirzə Fətəli Axundovla bağlı keçirmək istədiyi tədbirə Şəki Şəhər İcra Hakimiyyəti maneçilik törədib: "Buna səbəb Şəki şəhər İçra Hakimiyyətinin Müsavat Partiyası Şəki təşkilatın Mirzə Fətəli Axundovla bağlı keçirməyi planlaşdırdığı tədbirinə yer ayırmaqdan intina etməsidir". 

İcra Hakimiyyətinin müsavatçılara ünvanladığı cavab məktubunu təqdim edirik:
 
16114651_10206142509480434_4212957617077708496_n
 
16265727_10206142509920445_2448037200210576931_n