''Sovetski''də 2180 obyekt söküləcək

''Sovetski''də 2180 obyekt söküləcək

20-02-2018 16:13 / Bu xəbər 2164 dəfə oxundu

Yasamal İcra Hakimiyyətinə torpaqların alınmasına hazırlıq işləri tapşırılıb

Nazirlər Kabinetinin qərarı ilə Yasamal İcra Hakimiyyətinə keçmiş "Sovetski” küçəsində 2180 yaşayış və qeyri-yaşayış obyetkinin söküntüsü ilə əlaqədar onların alınmasına hazırlıq işlərinin başlanılması tapşırılıb.

"Turan" agentliyinin məlumatına əsasən, 20 ildən çoxdur aparılan miqsaylı işlər bu dəfə N.Aşurbəyov, S.Tağızadə, A.Şaiq və Ç.Mustafayev küçələri arasındakı 1300 obyekt, həmçinin N.Nərimanov prospekti (keçmiş Sovetski küçəsi) boyunca, İ.Qutqaşenli, B.Səfəroğlu və M.Əliyev küçələri arasında yerləşən 880 obyekti əhatə edəcək.

Söküntünün səbəblərinə gəlincə, şəhərin baş planına əsasən həmin yerdə parklar salınacaq, avtomobil dayanacaqları, yeni yaşayış evləri, idman kompleksləri inşa ediləcək. Bundan əlavə, yeni avtomobil yolu çəkiləcək.

Agentlik qeyd edib ki, indiyədək hakimiyyət ev sahiblərinə hər kvadrat metrə görə 1500 manat verirdi: "Torpağın dəyəri nəzərə alınmırdı. Ev sahiblərinin çoxu bu qiymətlə razılaşmayaraq məhkəmələrə üz tutur. Ədalətə isə ancaq Avropa İnsan Hüquqları Məhkəməsində nail olmaq mümkün olur”.