Tahir Kərimli: “Qanuna səs verdim, nə yazıldığını başa düşmədim”
13-03-2019 14:26 / Bu xəbər 1645 dəfə oxundu
"Milli Məclisdə, bəlkə də, qrammatika şöbəsinin yaradılmasına ehtiyac var, çünki bir sıra qanunların dilini başa düşmək olmur".
ONA-a xəbər verir ki, bunu bu gün Milli Məlisin İnsan hüquqları komitəsinin iclasında millət vəkili Tahir Kərimli bildirib.
T. Kərimli deyib ki, keçən dəfə parlamentdə tibblə bağlı bir qanun qəbul edilib: "Mən o qanuna səs verdim, ancaq qanunda nə yazıldığını tam başa düşmədim. Bu məsələyə diqqət artırılmalıdır”.