Vüsal Novruzov vəzifəsindən azad olunub
30-05-2018 10:10 / Bu xəbər 2917 dəfə oxundu
Dövlət Gömrük Komitəsində kadr dəyişiklikləri olub.
Bu barədə APA məlumat yayıb.
Məlumata görə, Bakı Baş Gömrük İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Vüsal Novruzov və Gömrük Sahəsində Hüquqpozmalara Qarşı Mübarizə Baş İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Baba Salayev sərəncama götürülüblər.
V.Novruzovun yerinə Dövlət Gömrük Komitəsinin Avtonəqliyyat Baş Gömrük İdarəsinin rəisi İsmayıl Hüseynov, B.Salayevin yerinə isə gömrük xidməti polkovniki Məsum Rəsulov təyin edilib.
Dövlət Gömrük Komitəsinin Avtonəqliyyat Baş Gömrük İdarəsinin rəisi vəzifəsinə isə Hüseyn Həsənli təyin olunub.