''WhatsApp'' messengeri yeni limit tətbiq edib

''WhatsApp'' messengeri yeni limit tətbiq edib

22-01-2019 17:17 / Bu xəbər 423 dəfə oxundu

Eyni xəbəri beş dəfədən artıq göndərmək mümkün olmayacaq

"WhatsApp” messengeri eyni xəbərin kütləvi olaraq bir çoxuna gördərilməsinin qarşısını almaq üçün yeni limit tətbiq edib.

"Bu gündən bütün dünya üzrə eyni xəbəri beş ünvandan və ya qrupdan artıq yerə göndərmək mümkün olmayacaq”, - Reuters "WhatsApp”-ın kommunikasiyalar üzrə vitse-prezidentindən sitat gətirib.

Limit dezinformasiyaların geniş yayılmasının qarşısını almaqdan ötrü tətbiq edilir.

Buna qədər limit 20 ünvan və ya qrup idi. Bu gündən bununla bağlı yenilənmə işə salınacaq. İlkin olaraq yenilənmə Android sistemi, sonradan iOS sistemi üçün olacaq.

İlk dəfə olaraq belə məhdudiyyət 2018-ci ilin iyulunda Hindistanda tətbiq edilmişdi. Bu, ölkədə uşaqların qaçırılması ilə bağlı şaiyələrin messenger vasitəsilə geniş kütlə arasında yayılmasından sonra baş vermişdi.///Meydan.Tv