Yeni Zelandiya məscidə hücum: 49 nəfər öldürüldü

Yeni Zelandiya məscidə hücum: 49 nəfər öldürüldü

15-03-2019 16:04 / Bu xəbər 1399 dəfə oxundu

Şübhəli şənbə günü məhkəmə önünə çıxarılacaq

Yeni Zelandiyanın Christchurch şəhərində iki məsciddə açılan atəş nəticəsində 49 nəfər həlak olub, ən azı 20 nəfər yaralanıb, - BBC xəbər verir.

Avstraliyanın Baş naziri Skot Morison (Scott Morrison) silahlının Avstraliya vətəndaşı olduğunu deyib və onu "ekstremist, sağçı terrorist” adlandırıb.

Polisdən bildirilib ki, 20 yaşlarında olan silahlı şənbə günü səhər məhkəməyə çıxacaq.

Daha iki ayrı kişi və bir qadın nəzarətə alınıb, - Polis Komissarı Mayk Buş (Mike Bush) bildirib.

O, polisə istinadən bildirib ki, saxlanılanlardan bir nəfərin hadisə ilə əlaqəsi olmayıb və hazırda polis digər iki nəfərin baş verən insidentlə əlaqəsi olub-olmadığını araşdırır.

Silahlı hadisə zamanı "Facebook”-da canlı yayım edib. Görüntülərdən onun Al-Noor məscidinin içərisində yaxın məsafədən kişi, qadın və uşaqlara qeyri-müəyyən şəkildə atəş etdiyi görünür.

Polis ictimaiyyəti "son dərəcə təhlükəli" görüntüləri onlayn paylaşmamağa çağırıb. "Facebook” silahlı şəxsin "Facebook” və "Instagram” hesablarını sildiyini və hazırda görüntülərin nüsxələrini silmək üçün addımlar atdığını söyləyib.

Bildirilir ki, şübhəli 28 yaşı, Avstraliya doğumlu olduğunu və sağ, anti-immiqrant ideologiyasını dəstəkləyən niyyətlərini əks etdirən bildiriş yayımlayıb.

Polis Komissarı Buş ittiham olunan şübhəlinin Yeni Zelandiya və ya Avstraliya təhlükəsizlik xidmətlərinə tanış olmadığını təsdiqləyib.

Yeni Zelandiya Baş naziri Jacinda Ardern hadisəni Yeni Zelandiyanın "ən qaranlıq günləri" adlandırıb:

"Aydındır ki, bu, yalnız indi terror hücumu kimi təsvir edilə bilər".///meydan.tv