ABŞ Talibanı danışıqlar masasına gətirmək istəyir

ABŞ Talibanı danışıqlar masasına gətirmək istəyir

13-10-2018 16:40 / Bu xəbər 1446 dəfə oxundu

ABŞ-ın Əfqanıstan üzrə xüsusi elçisi Zalmay Khalilzad oktyabrın 13-də Əfqanıstan prezidenti Ashraf Ghani və ölkənin İcraçı direktoru Abdullah Abdullahla görüşüb.

Khalizad bundan bir gün öncə Qətərdə "Taliban” hərəkatının liderləri ilə görüşüb.

O, bundan öncə ABŞ-ın Əfqanıstandakı səfiri olub.

Khalilzad 4 ölkədə apardığı danışıqlar barədə Əfqanıstan rəhbərliyinə məlumat verib.

O,oktyabrın 4-də Kabilə, sonra isə Pakistan, Birləşmiş Ərəb Əmirlikləri,Səudiyyə Ərəbistanı və Qətərə səfər edib.

Səfərdə məqsəd "Taliban” rəhbərliyini danışıqlar masasına gətirməkdir.

Məlumatı talibançıların sözçüsü Zabihullah Mujahid-də təsdiqləyib.

Amma o bildirib ki, "Taliban” rəsmiləri Khalilzada deyiblər ki, Əfqanıstanda xarici ordunun iştirakı ölkədə sülhə və bu cür görüşlərə ”böyük maneədir”.

Kabildəki ABŞ səfirliyinin nümayəndəsi məsələyə münasibət bildirmək istəməyib.

Khalilzad 2018-ci ilin sentyabrında ABŞ prezidenti Donald Trump-ın Əfqanıstan üzrə xüsusi nümayəndəsi təyin edilib.///azadliq.org