Azərbaycan və Belarus prezidentləri görüşüblər

Azərbaycan və Belarus prezidentləri görüşüblər

19-11-2018 14:49 / Bu xəbər 1423 dəfə oxundu

Belarusda səfərdə olan Azərbaycan prezidenti İlham Əliyevlə həmkarı Aleksandr Lukaşenko arasında təkbətək görüş olub.

Bu barədə AZƏRTAC məlumat verib. 

Görüşün detalları, hələlik, açıqlanmır.

"Qələbə" meydanını ziyarət

Prezidenti İlham Əliyev noyabrın 19-da səhər saatlarında Minsk şəhərindəki «Qələbə» meydanında 1941-1945-ci illər Böyük Vətən müharibəsində faşizm üzərində qələbənin şərəfinə ucaldılmış abidəni ziyarət edib.

Dövlət başçısı Minskdə daha sonra «Azərbaycan Ticarət Evi» ilə tanış olub.

Minskdə "Azərbaycan Ticarət Evi" 2017-ci ilin mayında açılıb.

Prezident İ.Əliyev noyabrın 18-i gecə saatlarında Belarusa səfər edib.

İlham Əliyev Belarusa səfər edib

Azərbaycan prezidenti İlham Əliyev noyabrın 18-də Belarus Respublikasına gedib.

AZƏRTAC-ın məlumatına görə, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Minsk Milli Aeroportunda dövlət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

İ.Əliyevi Belarusun baş nazirinin müavini Mixail Rusıy və başqa rəsmi şəxslər qarşılayıblar.

Səfər çərçivəsində Azərbaycan və Belarus dövlət başçılarının görüşü və iki ölkə arasında əməkdaşlığa dair bir sıra məsələlərin müzakirəsi gözlənir. Azərbaycan Rusiya, İsrail və Pakistanla yanaşı, Belarusdan da silah alır.