“CinemaPlus” kinoteatrı “Stalinin ölümü” filminin nümayişinə başlayır - VİDEO

“CinemaPlus” kinoteatrı “Stalinin ölümü” filminin nümayişinə başlayır - VİDEO

13-03-2018 17:08 / Bu xəbər 4822 dəfə oxundu

Azərbaycanın premium kinoteatrı "CinemaPlus” çoxdan gözlənilən "Stalinin ölümü” komediya filminin nümayişinə başlayır. 

"Report" xəbər verir ki, film fransız Fabyen Nuri və Tyerri Robinin komiksləri əsasında çəkilib. 

Filmdə Nikita Xruşov və Stalinin qızı rolunu aktyorlar - Stiv Buşemi və Andrea Rayzboro oynayıb. Satirik komediyanın rejissoru britaniyalı Armando İannuççidir.

Rollarda Olqa Kurilenko, Stiv Buşemi, Saymon Rassel Bil, Peddi Konsidayn, Rupert Frend, Ceyson Ayzeks, Maykl Peylin, Andrea Rayzboro və Ceffi Tembor çəkiliblər. 

Filmdə hadisələr 1953-cü ildə SSRİ-də cərəyan edir. Ölkə bir şəxsin qarşısında qorxudan əsir. Martın 5-də baş katib vəfat edir və hakimiyyət uğrunda mübarizə başlayır. 

"CinemaPlus” kinoteatrlar şəbəkəsi hər zaman sizlərə xoş sürprizlər etməyə və kino dünyasında olan ən son premyeralar ilə sevindirməyə hazırdır.