Deputatlığa namizəd keçmiş icra başçısı haqqında ŞOK İTTİHAMLAR

Deputatlığa namizəd keçmiş icra başçısı haqqında ŞOK İTTİHAMLAR

02-10-2015 02:00 / Bu xəbər 3499 dəfə oxundu

Nəsib Məhəməliyevin ermənilərə yanacaq satdığı iddia olunur...

Son günlər Balakən rayonundan məlum Nəsib Məhəməliyev məsələsinə görə xeyli sayda ictimaiyyət nümayəndəsi cumhuriyyət. az-a müraciət edərək öz fikirlərinin dərc edilməsini istəmişdilər. Biz də verdiyimiz vədə əməl edərək müraciətləri dərc edib ictimailəşdirmişdik. Məsələnin mahiyyəti bundan ibarətdir ki, Balakən əhalisinin mütləq əksəriyyəti Nəsib Məhəməliyevin 109-saylı Balakən seçki dairəsindən deputat olmasını istəmirlər. Onlar qeyd edirlər ki, Nəsib Məhəməliyev uzun illər Balakəndə həm dəmir yol vağzalının müdiri işləyib, həm də xeyli müddət rayon icra hakimiyyətinin başçısı vəzifəsində çalışıb.

Balakən ziyalıları Nəsib Məhəməliyevi xeyli məsələlərdə günahlandırırlar. Məsələn, ötən yazılarımızda qeyd etmişdik ki, insanlar adı çəkilən "qəhrəmanı” vağzal müdiri işləyəndə lokomotivin çənlərindən yanacağı oğurlayaraq, Gürcüstan vasitəsi ilə ermənilərə satdığını qeyd edirdilər. Müraciət edən narazılar onun rayon rəhbəri vəzifəsində çalışarkən millətləri üz-üzə qoyduğunu, rayonda tayfabazlığı, rüşvətxorluğu inkişaf elətdirdiyini, təhsili, səhiyyəni məhv elədiyini qeyd etməklə yanaşı bildirirlər ki, rayonda ən dəyərsiz, ləyaqətsiz adamları rüşvət müqabilində vəzifələrə təyin elətdirib. 

Bütün bu yazılanlara nədənsə Nəsib Məhəməliyev reaksiya vermədi. Atalar demişkən, susmaq razılıq əlamətidir.

Bu gün isə rayon icra hakimiyyətindəki mötəbər mənbəmiz cumhuriyyət. az-a olduqca maraqlı faktlar göndərib. Belə ki, Nəsib Məhəməliyevin rayon mərkəzi bazarını dövlət əmlak komitəsi ilə birlikdə özünün həyat yoldaşının, qaynının, və qaynanasının adına rəsmiləşdirdiyini sübut edəcək materialları bizə təqdim ediblər. Burada Hesab növü Dpo1014501 Məhəməliyeva Dilşad Şahruddin qızı. Pasport seriyası. AZE 05906814. Ünvanı Bakı şəhəri A. Əliyev küçəsi ev 9D. Sahib olduğu qiymətli kağızlar barəsində məlumat. 41585 səhm. Bu qadın Nəsib Məhəməliyevin həyat yoldaşıdır. İndi sual yaranır. Evdar qadında bu qədər səhm haradandır?

Azərbaycan Respublikasının mövcud qanunlarına görə ərlə arvadın nigahı dövründə əldə edilmiş maliyyə yaxud qiymətli hər bir əşya onların birgə əmlakı hesab edilir. Nəsib Məhəməliyev görəsən millət vəkilliyinə namizədliyini irəli sürəndə bu barədə deklorasiya veribmi?. 

İkinci məsələ. Dp01009560. Qadalov Yusif Şahruddin oğlu. AZE 02017574. Balakən şəhəri N. Nərimanov küçəsi, ev 68. Sahib olduğu qiymətli kağızlar. 317 səhm. Bu adam Nəsib Məhəməliyevin qaynıdır. Digər şəxs barədə. Dp00162218. Əhmədova Mina Həybullah qızı. AZE 02755023. Balakən şəhəri N. Nərimanov küçəsi ev 60. Sahib olduğu qiymətli kağızlar. 7098 səhm. Bu qadın Nəsib Məhəməliyevin qaynanasıdır. Burada daha bir sual meydana çıxır. Nəsib Məhəməliyev vəzifə başında olduğu zamanlar tayfabaz, yalnız özünü və yaxınlarını düşünən olub. Bu fakt deyilənlərin düzgün olduğunu ortaya qoydu. 

Sualımız budur ki, Nəsib Məhəməliyev deputat olub, Balakən və balakənlilər üçün nə edəcək?Seçicilər onun səmimiyyətinə necə inansınlar?

Siyasətdə belə bir prinsip var. Hər bir kəsi vəzifəyə irəli çəkəndə onun keçmişinə müraciət edirlər. Elə ki, vəzifəyə təyinat aldı, onda belə deyirlər. Dünəninə görə çox sağ ol, bu gün nə etmisən?Nəsib Məhəməliyevin keçmişini qurdaladıqca ifunət iyi ətrafı bürüyür. Bu adamın müsbət deyib öyüləsi heç bir işi yoxdur. İndi hesab etmək olar ki, Balakən seçiciləri yaxşı-yaxşı fikirləşsinlər. Bu adama səs verib növbəti dəfə özləri üçün problem əldə etmək istəyirlərsə buyurub səs versinlər. Yox əgər onların problemlərini Milli Məclisin ali tribunasından səsləndirib dərdlərinə əlac qılacaq şəxs istəyirlərsə, onda başqa seçim etməlidirlər.

Nəsib Məhəməliyevin deputat olmaq istəyi Balakən və balakənlilərə olan sevgisindən irəli gəlmir. Bu adam ona görə deputat olmaq istəyir ki, uzun illər qeyri-qanuni yollarla yığdıqlarını deputat kürsüsündə əyləşib qorusun. Həm də bunu hər bir Balakən seçicisi bilməlidir ki, Nəsib Məhəməliyev yenə də özü üçün, yaxınları üçün işləyəcək...

Əgər hörmətli Nəsib müəllim yazılanlara münasibət bildirmək istəyirsə biz məmuniyyətlə onun da fikirlərinə geniş yer ayıra bilərik. Yazıya Balakəndən ünvanımıza göndərilən bir sıra sənədlərin fotolarını əlavə edirik. Mənbəmiz tezliklə daha ciddi faktları göndərəcəyini qeyd edir.

//cumhuriyyət. az