"Əfqan Muxtarlı barəsində hökm mətbuata hücumdur" - Harlem Dezir

14-01-2018 03:28 / Bu xəbər 732 dəfə oxundu

ATƏT-in mətbuat azadlığı üzrə nümayəndəsi Harlem Dezir Azərbaycanda 6 il müddətinə azadlıqdan məhrum edilmiş jurnalist Əfqan Muxtarlı barəsində hökmü pisləyib.

"Araşdırmaçı-jurnalistə qarşı uydurma ittihamlara əsaslanan hökm azad KİV-ə açıq-aşkar hücumdur. Ümid edirəm ki, bu hökm apellyasiya əsasında ləğv ediləcək", deyə Dezir bildirib. O, artıq hakimiyyəti Muxtarlıya qarşı bütün ittihamları ləğv etməyə və onun ifadə azadlığı hüququna hörmət etməyə çağırmışdı.

Muxtarlı "qaçaqmalçılığa", "sərhədi qanunsuz keçməyə" və "rəsmi nümayəndəyə müqavimət göstərməyə" görə həbs edilib.

Muxtarlı 2017-ci ilin mayında Tbilisidə oğurlanıb. Dezir xatırladıb ki, Gürcüstan hakimiyyətinin araşdırması hələ başa çatmayıb. 

Turan