Əfqan Muxtarlıya Saxarov mükafatı verildi

Əfqan Muxtarlıya Saxarov mükafatı verildi

15-02-2018 15:18 / Bu xəbər 2480 dəfə oxundu

Hazırda həbsdə olan araşdırmaçı jurnalist Əfqan Muxtarlı Saxarov mükafatına layiq görülüb. 

Bu barədə Arqument.Az-a jurnalistin həyat yoldaşı Leyla Mustafayeva məlumat verib. 

O bildirib ki, mükafatın təqdimetmə mərasimində bəstəkar Elmir Mirzoev iştirak edib.

A.D. Saxarov adına "Hünərli jurnalistikaya görə” mükafatının münsiflər heyyəti Əfqan Muxtarlıya bu mükafatı "Mərdliyinə görə” layiq görüb.

Bu il mükafata 22 jurnalist, bloger və şair layiq görülüb. 

Mükafatın təqdimetmə mərasimi yanvarın 31-də Moskvada baş tutub. 

Elmir Mirzəyev "Bastainfo"ya bildirib ki, bu fəxri mükafata yalnız 3 xarici jurnalist layiq görülüb: "Əfqan Muxtarlıdan başqa özbəkistanlı jurnalist Ali Feruz və qazaxstanlı jurnalist Seyidqazı Matayev mükafata layiq görülüblər. Onlar da Əfqan Muxtarlı kimi, böyük fədakarlıq hekayəsi yaşayan jurnalistlərdir". 

"Təqdimetmə mərasiminə Leyla Mustafayevanı dəvət etmişdilər. O, gedə bilmədiyi üçün mən iştirak etdim və mükafatı mənə təqdim etdilər. Orda çıxış etdim və Əfqanın mübarizə yolu haqqında danışdım”, – Elmir Mirzəyev bildirib.

Saxarov mükafatı söz azadlığı uğrunda fədakarlıq göstərən şəxslərə verilir. 

Əfqan Muxtarlı keçən il "Pavel Şeremet” adına beynəlxalq jurnalist mükafatına layiq görülmüşdü. 
  
Ə.Muxtarlı 2017-ci il mayın 29-da Tbilisidən müəmmalı şəraitdə Azərbaycana gətirilib. Ona qarşı Cinayət Məcəlləsinin üç maddəsi – 315 (güc tətbiq etməklə hakimiyyət nümayəndəsinə müqavimət göstərmək), 318.1 (sərhəddi qanunsuz keçmək) və 206.1 (qaçaqmalçılıq) ilə ittiham irəli sürülüb və barəsində 6 il müddətində həbs qərarı çıxarılıb.

Əfqan Muxtarlı ittihamları qəbul etməyərək həbsinin siyasi sifariş olduğunu bildirib.

Arqument.Az