Ermənistanın yeni prezidenti maaşından imtina edib

Ermənistanın yeni prezidenti maaşından imtina edib

16-04-2018 18:04 / Bu xəbər 2587 dəfə oxundu

Armen Sarkisyan məvacibinin ehtiyacı olan insanlara yönləndirilməsini istəyir

Ermənistan prezidenti aylıq maaşından imtina edib. 

O, həmin pulun ehtiyacı olan insanlara yönləndirilməsini istəyib. 

"News.az” saytının məlumatında deyilir ki, sayca 4-cü Ermənistan prezidenti olan Armen Sarkisyanın aylıq əmək haqqı 1.320.000 dramdır (2700 ABŞ dollar).  

O, daha öncə səfir kimi çalışanda da əmək haqqı almaqdan imtina edibmiş. Yeni prezident dövlətin ona ayırdığı evdə də qalmayacağını, hələlik, paytaxtdakı öz evində yaşayacağını söyləyib.

Azərbaycan prezidenti İlham Əliyevin isə aylıq maaşı 15 min manatdır.

O, öz maaşının artırılmasını 2005-ci ildə dayandırıb. Onun təşəbbüsü ilə Azərbaycan prezidentinin "minimum əmək haqqının 600 misli” qədər maaş alması müddəası "Seçki Məcəlləsi”ndən çıxarılıb və dövlət başçısının maaşı 15 min manat müəyyən edilib. Həmin dövrdən bəri ölkədə minimum əmək haqqı artırılsa da, bu, prezidentin maaşına təsir etmir.

İsveçrə prezidenti Yohan Şneider-Amman – 66, ABŞ prezidenti Donald Tramp – 57, Yeni Zelandiya baş naziri Con Key – 46, Lüksemburq baş naziri Xavier Bettel – 44, İrlandiya prezidenti Miçel D. Hiqqins – 39, Fransa prezidenti Fransua Olland – 36, Kanadanın baş naziri Castin Trudeau – 36, Almaniya baş naziri Angela Merkel – 35, Cənubi Afrika dövlət başçısı Yakob Zuma – 31, Yaponiya baş naziri Şinzo Abe – 29, Cənubi Koreya prezidenti Li Myonq-bak – 23, Rusiya dövlət başçısı Vladimir Putin – 22, Rusiyanın baş naziri Dmitri Medvedev – 22, Sinqapur baş naziri Li Hsien Loonq – 22, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan – 17 min manat, Belarus lideri Aleksandr Lukaşenkonun aylıq maaşı isə 4767 manatdır.

Meydan.tv