Etibar Pirverdiyev vəzifəsindən azad edildi

Etibar Pirverdiyev vəzifəsindən azad edildi

04-09-2018 18:29 / Bu xəbər 2989 dəfə oxundu

Prezident İlham Əliyevin sərəncamı ilə Etibar Pirverdiyev "Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti vəzifəsindən azad edilib.

Dövlət başçısının digər sərəncamları ilə Balababa Rzayev "Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilərək, "Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti təyin edilib.

İyulun 2-də Mingəçevir "Azərbaycan İstilik Elektrik Stansiyasında” baş verən qəza nəticəsində ölkə ərazisinin əksər hissəsi bir neçə saat elektrik enerjisiz qaldı. İyulun 3-də bu hadisə təkrarən baş verdi.

Prezidentin yanında bununla bağlı keçirilən xüsusi müşavirədə İlham Əliyev Etibar Pirverdiyevi baş verənlərə görə tənqid edərək, ona utanmalı olduğunu bildirib.