“Exo” qəzeti fəaliyyətini dayandırır

“Exo” qəzeti fəaliyyətini dayandırır

18-05-2018 17:57 / Bu xəbər 2128 dəfə oxundu

"Exo” qəzeti fəaliyyətini dayandırır. 

Bu barədə APA-ya "Exo” qəzetinin baş redaktorunun birinci müavini Ruslan Manafov məlumat verib. 

O bildirib ki, qəzet fəaliyyətini mayın 26-na kimi davam etdirəcək: "Qəzetin sonuncu nömrəsi mayın 26-da işıq üzü görəcək”.

R. Manafov qəzetin bağlanmasına son dövrlər yaranmış maliyyə çətinliklərinin və baş redaktor Rauf Talışinskinin vəfatının səbəb olduğunu qeyd edib.

"Exo” qəzetinin baş redaktoru Rauf Talışinski mayın 8-də vəfat edib.