İlham Əliyev polisin və Daxili Qoşunların maaşlarını artırdı

İlham Əliyev polisin və Daxili Qoşunların maaşlarını artırdı

06-03-2018 19:53 / Bu xəbər 2616 dəfə oxundu

Prezident İlham Əliyev maaşların artırılması ilə bağlı daga sərəncam imzalayıb.

Qaynarinfo xəbər verir ki, dövlət başçısı Daxili İşlər Nazirliyinin xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarını orta hesabla 10 faiz artırıb. Sərəncam martın 1-dən tətbiq olunacaq.
 
Prezident həmçinin Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinin hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarını da 2018-ci il martın 1-dən orta hesabla 10 faiz artırıb.