İntiqam Əliyevin "Meydan"ı təqdim olundu - VİDEO
23-05-2018 15:12 / Bu xəbər 3373 dəfə oxundu
Mayın 22-də hüquqşunas İntiqam Əliyevin "Meydan" adlı kitabı təqdim olunub.
Təqdimat Nida Vətəndaş Hərəkatının təşkilatçılığı ilə baş tutub.
İntiqam Əliyev kitabı həbsdən sonra yazıb və gənc yaşda dünyasın dəyişən aktivist Nərgiz Yaqublunun xatirəsinə həsr edib.
"Meydan" kitabının satışı təşkil olunmayıb.Qarşılığında siyasi məhbuslar üçün kitablar gətirilib.
Tədbirdə ictimaiyyət nümayəndələri, hüquqşunaslar, jurnaslistlər iştirak ediblər.
Lalə İsgəndərli
Toplum.Tv