Milli Şura şəhidləri ziyarət etdi

Milli Şura şəhidləri ziyarət etdi

20-01-2018 16:14 / Bu xəbər 2228 dəfə oxundu

Milli Şura Şəhidlər Xiyabanında 20 yanvar şəhidlərini ziyarәt edib. 

Ziyarәt zamanı Milli Şura üzv vә tәrәfdarlarının qarşısını polis kordonu ilә kәsib, ziyarәtә saatlarla mane olublar. 

Bu barədə AXCP sədri Əli Kərimli feysbukda məlumat yayıb. 

"Azadlıq" qəzeti isə yazıb ki, ziyarәtә gәlənlәr bunu sәrt etirazla qarşılayıb, dayanmadan "Şәhidlәr ölmәz, vәtәn bölünmәz” şüarı sәslәndirәrәk etirazını ifadә edib. 

AXCP sәdri Әli Kәrimli hakimiyyәti bu tәxribata görә kәskin şәkildә tәnqid edib. 

Sonda hakimiyyәt geri çәkilmәli olub vә Milli Şuranın ziyarәti baş tutub.