Nazirlik: Ərazidə ümumi stabil gərginlik qalmaqdadır

Nazirlik: Ərazidə ümumi stabil gərginlik qalmaqdadır

18-10-2018 13:32 / Bu xəbər 1513 dəfə oxundu

Badamdardakı sürüşmə ərazisində aktivlik davam edir.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılan Qərargahdan məlumat verilib.

Məlumata görə, sürüşmə zonasında saat 09:00-a olan monitorinqin nəticələrinə əsasən hasar divarları istiqamətində uçqunların artımı qeydə alınıb.

Evlərin divarlarına qoyulmuş mayaklarda dəyişiklik yoxdur. Torpaq qatı yola doğru gözlə görünəcək dərəcədə irəliləyib. Ərazidə ümumi stabil gərginlik qalmaqdadır.

Badamdarda 20-ci sahə yolu kənarında baş verən sürüşmə prosesinin gedişatına nəzarətin gücləndirilməsi, mütəmadi müşahidələrin mərkəziləşdirilmiş qaydada təşkili məqsədi ilə ETSN tərəfindən Qərargah yaradılıb.