Saakaşvili Ukraynadan deportasiya edildi

Saakaşvili Ukraynadan deportasiya edildi

12-02-2018 20:52 / Bu xəbər 2498 dəfə oxundu

Gürcüstanın sabiq prezidenti, "Yeni Qüvvələr Hərəkatı" Partiyasının lideri Mixail Saakaşvili Ukraynadan deport edilib. 

Toplum.Tv xəbər verir ki, bu barədə Qrumatskom dövlət sərhəd xidmətinin (Громадскому Госпогранслужби) rəhbəri Oleq Slobodin məlumat yayıb. 

O, Saakaşvilinin artıq Polşaya deportasiya edildiyini vurğulayıb: "Bəli, Saakaşvili artıq Ukraynanı tərk edib”.
 
Slobodinin sözlərinə görə, asayiş keşikçiləri sadəcə, səlahiyyətli orqanların qərarını icra ediblər: "Qərarın icrasını Milli polis, Miqrasiya xidmətinin və Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları yerinə yetiriblər".   

"Hüquq-mühafizə orqanları prosedurları yerinə yetirərkən naməlum şəxslər Mixail Saakaşvilini mühasirəyə alıblar. Sərhədçilər məcbur olub Saakaşvilini qorumalı olublar”, - deyə o bildirib. 

Mixail Saakaşvilinin vəkili isə onun Kiyevdə saxlanıldığı yerdən oğurlandığı barədə polisə məlumat verib.

Məlumat Saakaşvilinin liderlik etdiyi partiyanın "facebook" səhifəsində də təsdiqlənib. 

"Yeni Qüvvələr Hərəkatı" Partiyasının lideri Mixail Saakaşvili Ukraynada ictimai yerdə, restoranda olarkən saxlanılıb.
 
O, Ukraynaya Polşadan daxil olmuşdu.