Ukraynadan gətirilən şəkər tozu xərçəng xəstəliyi yaradır?

Ukraynadan gətirilən şəkər tozu xərçəng xəstəliyi yaradır?

24-09-2018 01:43 / Bu xəbər 2674 dəfə oxundu

Ukraynadan Azərbaycana idxal olunan şəkər tozunun tərkibi zərərlidir. 
 
Qlobal.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.
 
Məlumatda qeyd olunur ki, Ukraynada istehsal olunan şəkər tozu məhsullarından çox istifadə etdikdə tərkibindəki zərərli maddələr insan orqanizmində ürək-damar xəstəliklərinin, agciyər xərçənginin və mədəaltı vəz xəstəliyininin yaranmas.na səbəb olur. 

Ukraynada istehsal olunan şəkər tozunun insanların sağlamlığı üçün bu cür təhlükəli olmasına səbəb isə, bu ölkədə hazırlanan şəkər tozlarının əsasən vaxtilə nüvə qəzası baş vermiş Çernobıl-Jitomir regionunda əkilən şəkər çuğundurlarından hazırlanmasıdır. 
 
Vaxtilə Ukraynanın ən məhsuldar torpaqlarından olan Donetsk-Luqansk regionunda hazırda müharibə getdiyinə görə burada infrastruktur, o cümlədən əkinçilik məhv edilib. 1986-cı ildə Çernobılda baş verən nüvə qəzasından sonra burada əkinçiliyin, xüsusən də şəkər çuğundurunun əkilməsinin qadağan olunmasına baxmayaraq, son illər bəzi işbazlar tərəfindən bu qadağalar pozulub və hələ də radiasiya əlamətlərinin qaldığı bu ərazilərdə şəkər çuğunduru əkini intensivləşib.
 
Məlumata görə artıq bir neçə Avropa dövlətləri Ukraynadan şəkər tozunun idxalına qadağa qoyub. 
 
Qeyd edək ki, ötən il Ukrayna KİV-lərinin yaydığı məlumata görə Azərbaycan Ukraynada 2.8 min ton şəkər tozu idxal edib. 
 
Xatırladaq ki, bir müddət öncə Ukraynadan idxal olunan xörək duzu ilə bağlı da bu cür informasiyalar yayılmışdı. Həmin məlumatlarda Ukraynada istehsal olunan xörək duzlarının tərkibində qarayara xəstəliyinin olduğu deyilirdi.
 
Məsələyə münasibət öyrənmək üçün Dövlət Gömrük Komitəsinə və Qida Təhlükəsizliyi Agentliyinə ünvanladığımız məktub hələ ki cavablandırılmayıb.