Vüsal Novruzov vəzifəsindən azad olunub

Vüsal Novruzov vəzifəsindən azad olunub

30-05-2018 10:10 / Bu xəbər 2916 dəfə oxundu

Dövlət Gömrük Komitəsində kadr dəyişiklikləri olub. 

Bu barədə APA məlumat yayıb.

Məlumata görə, Bakı Baş Gömrük İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Vüsal Novruzov və Gömrük Sahəsində Hüquqpozmalara Qarşı Mübarizə Baş İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Baba Salayev sərəncama götürülüblər. 

V.Novruzovun  yerinə Dövlət Gömrük Komitəsinin Avtonəqliyyat  Baş Gömrük İdarəsinin rəisi İsmayıl Hüseynov, B.Salayevin yerinə isə  gömrük xidməti polkovniki Məsum Rəsulov təyin edilib.

Dövlət Gömrük Komitəsinin Avtonəqliyyat Baş Gömrük İdarəsinin rəisi vəzifəsinə isə Hüseyn Həsənli təyin olunub.