Yaqland: Rusiya gələn il AŞ PA-nın işində iştirakdan imtina edəcək

Yaqland: Rusiya gələn il AŞ PA-nın işində iştirakdan imtina edəcək

11-10-2018 16:55 / Bu xəbər 1115 dəfə oxundu

Rusiya Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) işində iştirakdan yenə də imtina edəcək.

Trend-in məlumatına görə, bunu AŞ PA-nın Strasburqda keçirilən plenar sessiyasında Avropa Şurasının baş katibi Torbyorn Yaqland deyib.

O qeyd edib: "Rusiya tərəfindən eşitdiyim kimi, onlar yanvarda qayıtmayacaqlar. Mənə belə deyildi və mən bu məlumatı Avropa Şurası Nazirlər komitəsinə çatdırdım".

AŞ rəhbəri bildirib ki, söhbət Rusiya nümayəndə heyətinin AŞ PA-nın işində iştirak etmək üçün yenə də ərazi verməməsindən gedir. Bu ərizə yanvarda keçirilən ilin ilk plenar sessiyasında təqdim olunur:

"Fakt budur ki, onlar (Rusiya - red.) yanvarda (2019-cu ildə AŞ PA-nın qış sessiyasına - red.) gəlməyəcək və Avropa Şurasının büdcəsinə üzvlük haqqı ödəməyəcəklər".